“Hadisənin Bakı Avtovağzalına heç bir aidiyyatı yoxdur”

 “Hadisənin Bakı Avtovağzalına heç bir aidiyyatı yoxdur”
  21 May 2013    Oxunub:1240
“Yayılan məlumatlar yalandır”
“Bakı Avtovağzalında heç bir hadisə baş verməyib. Hər şey qaydasındadır. Yayılan məlumatlar yalandır”.

Bu barədə AzVision.az-a Bakı Beynəlxalq Avtovağzalından məlumat verilib. Bildirilib ki, Bakı Metropolitenin metro qazıntısı ilə bağlı ərazidən keçən su xətti partlayıb:

“Kiçik bir hadisədir. Bunun da nəticələri aradan qaldırılıb. Bu hadisənin Bakı Avtovağzalına heç bir aidiyyatı yoxdur”

Qeyd edək ki, hadisə şahidlərinin sözlərinə görə, bir az əvvəl baş vermiş hadisə Bakı Beynəlxalq Avtovağzalında avtobus və avtomobilərin girişində problemlər yaradıb.

Qəzadan sonra yaranmış vəziyyətlə əlaqədar rayonlardan gələn avtobusların avtovağzala girişi mümkün olmayıb.
Baş verən hadisədən sonra əraziyə xüsusi briqada göndərilib. Su xəttinin partlamasından sonra Biləcəri dairəsini də su basıb.

Nihadə




Teqlər:  





Xəbər lenti