“Uşağın cinsini demək qanunla qadağan oluna bilər”
“Biz hesab edirik ki, ailədə oğlan çox olanda daha yaxşıdır. Ona görə də dölün təyin olunması, onun idarə olunması uşaqların cins tərkibinə təsir göstərir. Son on ildə oğlan uşaqlarının çoxalması qız uşaqlarına meyilliyin artmasına səbəb oluyb. Bununla da bağlı tədbirlər görülür”.
N.Quliyev bildirib ki, gələcəkdə dölün, cinsin təyin olunması ilə bağlı qanun qəbul edilməsi mümkündür. “Ola bilsin ki, bu qanunla tənzimlənsin qadağan edilsin. Hamiləlik planlı olmalı, cinsin oğlan və ya qız olması təbii yolla müəyyən edilməlidir. Bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə olunub. Balansın pozulmaması üçün qanun çərçivəsində müəyyən tədbirlər görülməlidir”-deyə baş pediatr qeyd edib.
Nihadə Eyyubova