MTRŞ sədri uşaq telekanalından danışdı

MTRŞ sədri uşaq telekanalından danışdı
  21 May 2013    Oxunub:1329
“Azərbaycan kimi ölkələrdə uşaq kanallarının olması bir o qədər də qəbul olunan deyil”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib. MTRŞ sədri bildirib ki, Azərbaycan kiçik ölkədir. “Biz kiçik ölkəyik, bizim reklam bazarı və s. Dəfələrlə demişəm ki, dövlət vəsait ayırarsa, bunu həyata keçirərik. Amma bu elə məsələ Azərvaycan üçün xarakterik deyil”.

Cizgi filmləri ilə danışan N.Məhərrəmli bildirib ki, bununla bağlı artıq ciddi düşünülür: “Animasiya mütəxəssisləri üzrə həyəcan təbili çalmağın vaxtıdı. Azərbaycan televiziyalarında göstərilən cizgi filmlərinin əksəriyyəti xarici cizgi filmləridir. Cizgi filmləri bədii filmlərə nisbətən az vəsait tələb edir. Amma bu sahə inkişaf etməlidir. Bizim əsas işlərimiz yerli istehsal olunan cizgi filmini artırmaqdır”-deyə, MTRŞ sədri qeyd edib.

Anar


Teqlər:





Xəbər lenti