Uşaqların asudə vaxtı ilə bağlı yeni qanun

Uşaqların asudə vaxtı ilə bağlı yeni qanun
  22 May 2013    Oxunub:1597
“Milli Məclis uşaqların asudə vaxtının təşkili ilə bağlı qanun layihəsi üzərində işləyir”.
AzVision.az xəbər verir ki, bunu“Uşaq hüquqları və Biznes Prinsipləri” adı altında keçirilən tədbirdə Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

O qeyd edib ki, “bəziləri elə hesab edir ki, biz köhnə düşərgələri yenidən qaytarmaq üzərində işləyirik”

“Amma bu belə deyil. İşə götürən işçi ilə müqavilə bağlayarkən işçinin uşaqlarının asudə vaxtının təşkil edilməsi ilə bağlı öhdəlik götürüləcək. İşə götürən, işçi ilə müqavilə bağlayarkən bildirməlidir ki, onun uşaqlarının asudə vaxtını təşkil edilməsində özü də iştirak edəcək. Bu bütün dünya təcrübəsində belədir”.

Hadı Rəcəbli həmçinin bildirib ki, bu gün sosial cəhətdən aztəminatlı ailələrin sayı kifayət qədərdir. “Azərbaycanda formalaşmaqda olan yeni nəslin əsasını qaçqın və məcburi köçkün ailələrinin uşaqları təşkil edir. Bu siyahıya 300 milyon uşaq daxildir. Bu baxımdan, uşaqların biznes sahəsində qorunmasını nəzərdə tutan qanunlar daha da ciddiləşdirilməlidir”.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti