Ermənilər əsgərimizi yaralayıb
Əsgər Əmirov Seymur Mahir oğlu düşmən tərəfindən açılan atəş nəticəsində sol ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Apa-ya faktı təsdiqləyib.
Qeyd edək ki, S. Əmirov Hacıqabul rayonundan hərbi xidmətə çağırılıb.