“50 mindən çox insan istirahətə göndəriləcək”

“50 mindən çox insan istirahətə göndəriləcək”
  22 May 2013    Oxunub:1221
“Jurnalistlər Həmkarlar İttifaqı ilə danışıqlar aparılır”.
Bu sözləri AzVision.az-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)sədri, millət vəkili Səttar Mehbalıyev deyib. O, bildirib ki, Jurnalistlərin Həmkarlar İttifaqı üzvlük haqqı ödəmədiyi üçün həmin təşkilat demək olar ki, fəaliyyət göstərmir:

“Çünki, jurnalistlər sosial problemləri həll eləmək üçün üzvlük haqqı ödəməlidirlər. Amma bu ödəmələr həyata keçirilmir. Maliyyəsi olmayan təşkilat isə bir təşkilat kimi fəaliyyət göstərə bilmir və məsələləri həll edə bilmir. Qəzetlərin bir çoxu bizim Mədəniyyət işçiləri həmkarlar təşkilatında fəaliyyət göstərirlər. Ola bilər ki, bəzi qəzetlər özləri birləşib və təşkilat yaradıblar. Ancaq yenə deyirəm ki, Həmkarlar təşkilatının üzvləri bizdə olduğu kimi üzvlük haqqı ödəyir və bir çox sosial problemlərin həllində istifadə edə bilirlər. Amma onlarda bu yoxdur”

S.Mehbalıyevin sözlərinə görə, Jurnalistlər Həmkarlar İttifaqı üzvlük haqqı yığılmayan bir təşkilatdır, formal xarakter daşıyır.

AHİK sədri onu da bildirib ki, bu yay 50 mindən çox insan AHİK xətti ilə istirahətə göndəriləcək.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti