Gürcüstanın daxili işlər naziri ASAN-da - FOTO
Dövlət Agentliyinin sədri İnam Kərimov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin yeni Sumqayıt “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması, səyyar xidmətlərin tezliklə vətəndaşların sərəncamında olması, həmçinin gələcək planlara dair digər məlumatları qonağın diqqətinə çatdırılıb.
Bildirilib ki, “vahid məkan” prinsipinə əsaslanan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsidir.
“ASAN xidmət” mərkəzində təşkil olunmuş iş prinsipi ilə tanış olan qonaq vahid məkandan dövlət xidmətlərinin göstərilməsi üzrə mexanizmin Azərbaycan modeli - “ASAN xidmət”in hüquqi-formal əsaslarını maraqla qarşılamış, praktiki nəticələrini yüksək qiymətləndirib.
AzVision.az