Türk nazir:" Azərbaycan mənim üçün daha əzizdir”.

Türk  nazir:" Azərbaycan mənim üçün daha əzizdir”.
  22 May 2013    Oxunub:1439
Bu gün ölkəmizdə olan Türkiyənin təhsil naziri Nabi Avcı Qafqaz Universitetini ziyarət edib.
Ölkəmizdə səfərdə olan Türkiyənin təhsil naziri və onun başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetinin tələbə və müəllim kollektivi ilə görüşüb. AzVision.az xəbər verir ki, nazir Nabi Avcı və onun başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilən Qafqaz Universitetlər Birliyinin 3-cü konqresində iştirak etmək üçün Azərbaycana gəlib. Qafqaz Universitetində görüş zamanı türkiyəli qonaqlara Qafqaz Universiteti barədə ətraflı məlumat verən Universitetin rektoru professor Ahmet Sanic deyib ki, bu təhsil müəssisəsi 1993-cü ildə fəaliyyətə başlayıb. Onun sözlərinə görə, Universitet Türkiyə və Azərbaycanın elmi-texniki və pedaqoji potensialını birləşdirərək yüksək səviyyəli mütəxəssislər hazırlayır.

Avropada geniş istifadə olunan Boloniya sisteminin tətbiq edildiyi universitetdə tədris Azərbaycan dilində aparılır. Bəzi fənlər isə türk və ingilis dillərində tədris olunur. A.Sanic vurğulayıb ki, Qafqaz Universitetində mühəndislik, iqtisadiyyat və idarəetmə, hüquq, filologiya fakültələri nəzdində avtomatlaşdırılan sistemlərin və hesablama texnikasının proqram təminatı, hesablama maşınları, kompleksləri, sistem şəbəkələri, riyaziyyat, biznesin təşkili və idarə edilməsi, beynəlxalq münasibətlər, beynəlxalq hüqüq ixtisasları üzrə mütəxəssislər hazırlanır.

Sonra söz Türkiyənin təhsil naziri Nabi Avcı verilib. Nazir bildirib ki, Türkiyə ilə Azərbaycan arasında sıx dostluq və qardaşlıq əlaqələri mövcuddur:

"Mən Dünyanın bir çox ölkələrində olmuşam,lakin dost və qardaş Azərbaycan mənim üçün daha əzizdir. Azərbaycanda olmaqdan böyük bir həyəcan və sevinc içindəyəm. Hələ Qafqaz Unversiteti kimi bir yerdə olmaq Türk dünyasına açılan qapının kürsüsündə durub sizlərə nitq söyləməm mənə ayrı qürur və xoşbəxtlik verir”.

Görüşün sonunda Nabi Avcıya Qafqaz Universitetinin xatirə paketi və "Heydər Əliyev və Çağ öyrətim20 illik" kitabı təqdim edilib. Görüşdə həmçinin Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunda iştirak edib.

Anar


Teqlər:





Xəbər lenti