"Avropa Yayım Birliyi cavab versin"

"Avropa Yayım Birliyi cavab versin"
  23 May 2013    Oxunub:1297
"Eurovision 2013"də Azərbaycanın rusiyalı ifaçıya verdiyi səslərin düzgün hesablanmaması ya texniki xəta, ya da elementar təxribatdır.
AzVision.az xəbər verir ki, bu barədə "Komsomolskaya pravda"ya müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Səfirin sözlərinə görə, rəsmi Bakı əvvəldə olduğu kimi, hələ də "Eurovision 2013" müsabiqəsindəki səsvermənin nəticələri ilə razılaşmır.

Avropa Yayım Birliyinin qərarından məyus olan səfir Polad Bülbüloğlu bildirib ki, məhkəmənin qərarına əsasən üç əsas mobil operator səsvermənin nəticələrini ictimaiyyətə açıqlayıb,"Azərcell" şirkətindən Dina Qaripovanın xeyrinə 1677 səs, "Bakcell" - 380, "Nar Mobile" isə 112 səs verilib. Bu səslər qeydə alınıb:

“Siz özünüz inanırsınız ki, Azərbaycan Rusiyaya, Rusiya da Belorusiyaya bir xal belə verməsin?
Bir incəsənət xadimi kimi deyə bilərəm ki, bu mümkün deyil. Rusiya ilə bizi ortaq mədəni köklər birləşdirir.
P. Bülbüloğlunun sözlərinə görə, bu ən qapalı müsabiqədir. Kimin kimə və necə səs verməsi bəlli deyil. Bax budur, elan edirlər, 8 bal, 10 bal, 12 bal, bu ballar nəyə əsasən hesablanır, necə müəyyən olunduğu bilinmir.
“Qoy açıqlama versinlər ki, efirdə elan edilən ballar necə müəyyənləşir. Hər səs müəyyən məbləğdə pul deməkdir. Azərbaycan Dina Dina Qaripovaya 2 mindən çox səs göndərib. Bu pullar, bu səslər hara yoxa çıxıb”.

Səfir onu da vurğulayıb ki, lap tutaq ki, Dinaya Azərbaycan tamaşaçısının onluğuna düşəcək qədər səs verilməyib. Bəs, Avropa Yayım Birliyi hansı əsasla iddia edir ki, bir səs belə verilməyib?
“Qoy Rusiya ictimaiyyəti bilsin ki, bu ya texniki xəta, ya da elementar təxribatdır. Məncə mübahisə etməyə dəyməz. Çünki müsabiqə qeyri-ciddi müsabiqədir və bir müddət sonra çətin ki, kimsə orda iştirak etsin. Türkiyə artıq bu qərarı verib və düzgün edib”.

Mirvari


Teqlər:  





Xəbər lenti