“Qarabağ” kitabı təqdim olundu
Bu kitabdan 11-i Azərbaycanda, 6-sı isə Türkiyə universitetlərində təhsil alan türkiyəli tələbələrin dəstəyi ilə çap olunub. Kitabda 17 məqalə dərc olunub. Bu istiqamətdə aparılan dövlət siyasətinin tərkib hissəsi kimi “GEAD” İctimai Birliyi də Qarabağ həqiqətlərinin hüquqi, siyasi, sosial-iqtisadi və psixoloji aspektdən elmi tədqiqatlar müstəvisində təhlil olunmasını zəruri hesab edərək, “Qarabağ” xüsusi buraxılışı-məqalələr toplusunun hazırlanmasını əhəmiyyətli hesab edib. İctimai Birliyin sədri öz çıxışında Qarabağ həqiqətlərinin elmi tədqiqatlar mövzusuna çevrilməsini, gənc alimlərin bu sahədə olan elmi tədqiqatlara istiqamətləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul katibi Vüsal Quliyev, Türkiyə Səfirliyinin mədəniyət müşaviri Seyid Ahmet Arslan, Tələbə Gənclər Təşkilatının sədri Şahin İsmayılov, SAM-ın şöbə müdiri Tahirə Allahyarova, həmçinin deputatlar, AMEA-nın müxtəlif institutlarının, ali məktəblərin, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və digər təşkilatların nümayəndələri də iştirak ediblər.
Anar
Teqlər: