Elmar Məmmədyarov NATO nümayəndəsi ilə görüşüb - FOTO
Nazir Elmar Məmmədyarov qonağı salamlayıb, Azərbaycan və NATO arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. Ölkəmizin regionda və beynəlxalq miqyasda sülh və sabitliyin möhkəmləndirilməsinə verdiyi töhfələrdən bəhs edən nazir Elmar Məmmədyarov, ölkəmizin bu istiqamətdə fəaliyyətinin bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov münaqişənin regionda davamlı sülh və sabitliyin bərqərar olunmasına əsas əngəl olduğunu bildirib və münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.
NATO baş katibinin müavini Gabor İklody NATO-nun Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib, ölkəmizin regional və beynəlxalq miqyasda sülh və sabitliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirib.
Görüş zamanı NATO-Azərbaycan əməkadaşlığının genişləndirilməsi perspektivləri, eləcə də ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az