Narkotik qaçaqmalçıları həbs olunub
“Kazir” ləqəbli kinoloji xidmət itinin reaksiyasına əsasən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə salondakı 29, 33, 36, 37, və 40 nömrəli oturacaqların hər birinin arxa üzlüyünün aşağı hissəsində alt tərəfdən xüsusi olaraq yerləşdirilib gömrük nəzarətindən gizlədilmiş, qara rəngli izolizasiya lenti ilə sarınmış 4 ədəd plastik butulka və 1 ədəd plastik borunun içərisindən 12 bağlamada külli miqdarda, ümumi xalis çəkisi 3 kiloqram 925 qram həşiş qətranı, 3 bağlamada külli miqdarda, ümumi xalis çəkisi 236,148 qram tiryək, 2 bağlamada ümumi xalis çəkisi 186,19 qram heroin və 1 bağlamada şəxsi istehlak miqdarından artıq miqdarda xalis çəkisi 0,125 qram metadon narkotik vasitələri aşkar edilərək götürülüb.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb, Fathi Saleh Gholam və Asadi Rasoul Bahloul şübhəli şəxs qismində saxlanılıblar. Cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılıb, dindirmələr keçirilib və məlum olub ki, aşkarlanan narkotik vasitələri digər bir İran İslam Respublikasının vətəndaşı Zomorrodnia Edris Aga Karim sərnişin avtobusuna gizli olaraq yerləşdirib, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən Zomorrodnia Edris Aga Karim şübhəli şəxs qismində tutulub. Beləliklə, Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə Zomorrodnia Edris Aga Karima ittiham elan edilib ə Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az