“Jurnalistlərə veriləcək evlər ədalətli bölünməlidir”

“Jurnalistlərə veriləcək evlər ədalətli bölünməlidir”
  24 May 2013    Oxunub:1315
Fazil Mustafa jurnalistlərə veriləcək evlərdən danışdı
AzVision.az xəbər verir ki, Milli Məclisin plenar iclası davam edir. Millət vəkili Fazil Mustafa jurnalistlərə evlərin verilməsi barədə danışıb : “Bu məsələ ilə bağlı çox jurnalistlər mənə müraciət edir. Bununla bağlı müəyyən müzakirələr də var. Xəbər portalları ilə çap mediası arasında fərq qoyulur. Bu ədalətli şəkildə olsa, evlər ədalətli bölünsə daha faydalı olacaq”.

Daha sonra millət vəkili əlavə edib ki,Azərbaycanda Qərb universitetlərinin sayının çox olması daha yaxşıdır:

“Ümid edirəm ki, xaricdə oxuyan tələbələr üçün ayrılan pul yenidən büdcəyə qayıtmayacaq”.

Millət vəkili həmçinin, parlamentin bugünkü iclasında çıxışı zamanı təklif edib ki, 28 may Respublika Günü münasibəti ilə Azərbaycan Milli Məclisinin Gəncədə toplantısı keçirilsin.

Deputat həm də dövlət müstəqilliyin lehinə səs verən deputatlara prezident təqaüdünün verilməsini təklif edib:

“Uzaqbaşı onların həyatda qalanlarının sayı otuzdan çox deyil. Nə problemdir ki, onlara prezident təqaüdü verilsin”.

Sevin İltifatqızı


Teqlər:  





Xəbər lenti