Siyavuş Novruzov Hadı Rəcəblidən xahiş etdi
AzVision.az xəbər verir ki, Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, dəyişiklik xaricdə yaşayan Azərbaycan vətəndaşlarının pensyia təminatını xeyli yüngülləşdirib.
Dəyişikliyə əsasən, xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq: "Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri, onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir”
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov 1995 və 2000-ci illərdə seçilən deputatların pensiyaları arasında fərqin çox böyük olduğunu söyləyib: “Hadı müəllimdən xahiş edirəm ki, bu fərqlərin aradan qaldırılması üçün müvafiq dəyişiklik edilsin”.
"Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər qəbul edilib.
Sevinc İltifatqızı