İlham Əliyev Xətai “ASAN xidmət”in açılışında

İlham Əliyev Xətai “ASAN xidmət”in açılışında
  24 May 2013    Oxunub:1235
İlham Əliyev Xətai “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Xətai "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısına məlumat verdi ki, bu mərkəz Bakının Xətai, Nizami və Suraxanı rayonlarının əhalisinə xidmət göstərəcəkdir. Qeyd edilib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fəaliyyətə başladığı dövrdən indiyədək ümumilikdə 100 minədək insana xidmət göstərib.

Mərkəzdə yaradılmış şəraitlə tanış olan Azərbaycan Prezidentinə Elektron Məlumat Mərkəzi, Biometrik Məlumatların Toplanması Sistemi və "Asankart" barədə məlumat verilib.

Dövlətimizin başçısına bildirilib ki, vətəndaşlara könüllülük prinsipi əsasında xidmət göstərmək üçün seçilmiş gənclər təlimlərə cəlb olunublar.

Prezident İlham Əliyev könüllülərlə görüşüb.

Sonra xatirə şəkli çəkdirilib.


Teqlər:  





Xəbər lenti