Sabahın havası
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 14-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Aqrometeoroloji şərh
Respublikanın bəzi rayonlarında mayın 27-28-də gözlənilən yağıntılı hava şəraiti kənd təsərrüfatı bitkilərinin normal inkişafını təmin etməklə yanaşı yetişməkdə olan taxıl bitkilərinin gövdələrinin yerə yatmasına səbəb ola bilər.
AzVision.az