İran Prezidenti Azərbaycan xalqını təbrik etdi

İran Prezidenti Azərbaycan xalqını təbrik etdi
  24 May 2013    Oxunub:2183
İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzVisio.az-ın məlumatına görə, İran prezidenti başda prezident İlham Əliyev omaqla Azərbaycan xalqını 28 may Respublika günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir: “Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizi, həmçinin dövlətinizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qədim tarixə malik gözəl münasibətlərin olduğunu nəzərə alaraq, gələcəkdə də bu əlaqələrin hər iki ölkənin xalqlarının qarşılıqlı maraqları istiqamətində daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə, eləcə də dünyada davamlı sülh və təhlükəsizliyin bərqərar olacağına əminliyimi bildirirəm.

İran prezidenti İlham Əliyevə cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının dost dövləti və xalqına isə tərəqqi və səadət arzulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti