İnqo Fridrix: `Bakı Münhendən yaxşıdır!`
“Azərbaycan və Şərq Tərəfdaşlığı: Siyasi və İqtisadi Tərəfdaşlıq” mövzusunda çıxış edən İngo Friedrich bildirib ki, Avropa mətbuatı neqativ xəbərlərə daha çox yer verir.
“Azərbaycan haqda neqativ məlumatlar dərc edilirsə, o demək deyil ki, Azərbaycanda müsbət hal yoxdur”.
Avropa İqtisadiyyat Senatının prezidenti Bakını münhendən üstün tutub:
“Bakı ilə Münheni müqayisə edəndə sizin şəhər daha yaxşıdı. Burada ağıllı ideyalar mövcuddur”.
Qeyd edək ki,tədbir Azərbaycan Neft Şirkətinin və Almaniyanın Konrad Adenauer Stiftung təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
AzVision.az