ARDNŞ rəsmi Facebook səhifəsində yeni layihəyə start verir.
AzVision.az xəbər verir ki, layihə çərçivəsində şirkətin prezidenti Rövnəq Abdullayev səhifə istifadəçilərinin suallarını görüntülü cavablandıracaq. Layihənin məqsədi təklif və iradlarının ARDNŞ rəhbərliyinə daha asan və sürətli çatdırılmasıdır. Obyektivliyin təmin edilməsi məqsədilə göndərilən suallar arasından ən çox “Like” toplayanlar seçilərək cavablandırılacaq. Ünvanlanan sualların intensivliyi və aktuallığı nəzərə alınaraq R.Abdullayev ay ərzində bir və ya bir neçə dəfə oxucuları maraqlandıran məsələlərə aydınlıq gətirəcək.