Cəriməni ağacla ödədilər
Onlar maddi durumlarına görə cəriməni ödəyə bilmədiklərini deyərək, nazirdən cərimə məbləğinin bağışlanılmasını xahiş ediblər.
H.Bağırov cərimənin bağışlanması barədə müraciəti bu tərzdə cavablandırıb: “Səhvi başa düşməyiniz və maddi vəziyyətiniz nəzərə alınaraq istisna hal kimi cəriməniz bağışlana bilər, lakin təbiətə vurduğunuz ziyanı yaşıllaşdırma işində iştirak edərək, ağac əkməklə ödəməyi təklif edirəm”. Təklif onlar üçün gözlənilməz olsa da, məsələnin mahiyyəti və ibrətamiz xarakteri bu şəxslərə başa salınıb. Görüşdə qərara alınıb ki, Aydın İbadov və Balaxan İbayev təbiətə vurduqları ziyanın cəriməsini mayın 25-də Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində, Bakı-Qazax yolunun kənarında 30 ədəd zeytun ağacı əkməklə ödəsinlər.
Bu gün Aydın İbadov və Balaxan İbayev barələrində yazılmış cərimə məbləğlərini ödəməkdən azad olunaraq Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində, Bakı-Qazax yolunun kənarında 30 ədəd zeytun ağacı əkiblər: “Bir səhv eləmişdik, amma maddi durumumuz nəzərə alındı, bu səhvi düzəltməyə imkan və fürsət verildi. Bu bizə dərs oldu, başqalarına da ibrət olar. Bu gün burda ağac əkməklə özümüzü çox yüngül hiss etdik. Buna görə nazirliyə minnətdarıq”.
Mirvari