İlham Əliyev Saakaşvilini təbrik edib

İlham Əliyev Saakaşvilini təbrik edib
  25 May 2013    Oxunub:1296
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Gürcüstanın milli bayramı - Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Gürcüstanı çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Bu gün bu münasibətlər dinamik və hərtərəfli inkişaf edərək yeni məzmun kəsb etmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də regional və beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımızı, xalqlarımızın rifahı, ölkələrimizin çiçəklənməsi, regionumuzda tərəqqi və sabitliyin bərqərar olması naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik".



Teqlər:  





Xəbər lenti