Amnistiya aktına görə 800 nəfər azadlıqda
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bu gün Amnistiya Qərarı Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri üzrə daha 110 nəfər məhkuma şamil edilib.
Qeyd edək ki, qəbul olunmuş qərarlar əsasında 25.05.2013-cü il tarixədək Amnistiya Qərarı Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 800 nəfər məhkuma tətbiq edilib.
Amnistiya Qərarının icrası Penitensiar xidmətin müvafiq Komissiyasının, Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman aparatının, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin və eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir.
Amnistiya Qərarının icrası davam edir.
AzVision.az