İlham Əliyev AŞPA heyətiylə görüşüb
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyonun ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini bildirib.
Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon Azərbaycana ikinci dəfə səfər etməsindən məmnunluq hissi keçirdiyini vurğulayaraq ölkəmizdə sürətli inkişaf proseslərinin şahidi olduğunu söyləyib, Azərbaycanın iqtisadi və digər sahələrdə qazandığı uğurların önəmini diqqətə çatdırdı. Qonaq səfərinin əsas məqsədlərindən birinin Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının Nazirlər Komitəsinə qarşıdan gələn sədrliyinə hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsinin aparılmasından ibarət olduğunu deyib.
Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub.
AzVision.az