Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırıldı

Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırıldı
  27 May 2013    Oxunub:1464
Nazirlər Kabineti dövlət ehtiyacı üçün torpaqların alınmasını Nəqliyyat Nazirliyinə tapşırdı
AzVision.az Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə prezident İlham Əliyevin 2011-ci il fevralın 15-də imzaladığı fərmana əsasən yeni dəyişikliklər müəyyən olunub.

Qərara görə, bundan sonra ölkə ərazisində nəqliyyat-yol infrastrukturu sahəsində aparılan tikinti və yenidənqurma işləri zamanı tikinti altına düşən xüsusi, bələdiyyə mülkiyyətində olan və üzərində istifadə və icarə hüquqları olan dövlət mülkiyyətindəki torpaqları dövlət ehtiyacları üçün Nəqliyyat Nazirliyi alacaq.

Həmçinin, Nəqliyyat Nazirliyinə bu qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirmək və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti