Xalidə Xalid və sürücüsü 3-4 günə təhvil veriləcək
Bunu ISNA agentliyinə İranın Azərbaycandakı səfirliyində adının açıqlanmasını istəməyən diplomat deyib.
Diplomatın sözlərinə görə, hazırda onların təhvil verilməsi prosedurları həyata keçirilir.
Xatırladaq ki, aprelin 30-da İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib.(trend)