Erməninin “yan”ı da özünün deyil - ARAŞDIRMA

Erməninin “yan”ı da özünün deyil - ARAŞDIRMA
  12 May 2015    Oxunub:17532
Ermənilər özlərinə nifrət edirlər, çünki soyadlarının özəyində türk adları var

Tarix boyu istər Qərb, istərsə də müxtəlif Şərq ölkələrində veyillənən ermənilər, XIX əsrin əvvəllərində Qafqazda da görüməyə başladılar. 1918-ci ildə nəhayət özlərinə bir `dövlət` qura bildilər.

Başqalarının mal-mülkünü özününküləşdirməyə adətkar olduqlarından, Qafqaz mühitinə adaptasiya da onlar üçün çətin olmadı. Yerli Azərbaycan əhalisi və bölgədəki digər xalqlardan ala bildiklərini aldılar, ala bilmədiklərini oğurladılar. Birinin torpağına, o birinin əlifbasına iddia etdilər, digərinin tarixi-mədəniyyət abidələrini erməniləşdirdilər, “gəlmə” olduqlarını unutdular.

Azərbaycanlı adlarına belə tamah salan ermənilər, soyadlarını dəyişdirdilər. Adların bir hərfini və ya şəkilçisini dəyişməklə, yanına “yan” qoşmaqla erməniləşdirməyə çalışdılar. Lakin həmin adların semantik mənası bu gün öz sözünü deyir. Təbii ki, erməni dilində yox!

Əslində, ermənilərin müxtəlif xalqlardan mənimsədikləri adlarının yanına qoşduqları “yan” belə oğurluqdurAraşdırmalar zamanı məlum oldu ki, ermənin “yan”ı özünün yox, farsındır. “Yan” şəkilçisi fars mənşəli olub, mənası – “törəmə” deməkdir, məsələn: “Nersesyan” – “Nersesdən törəmə”, yəni Nersesin nəslindən olan deməkdir.

Bununla yanaşı, Aşot, Arşak, Rapen, Suren, Anuş adlarının fars; Xosrov, Anuşavan (Anuşirvan), Narses (Narse) adlarının sasani (İran) mənşəli olduğunu da qeyd etmək yerinə düşər.

Erməninin allahı və xaçı oğurluq imiş .

Ermənilər, allaha “-Astvats” deyir. Sonundan “S” hərfini çıxsaq, bu sözün səslənməsi zərdüşt dilində eyni mənanı ifadə edən “Astvat” –la eynidir. Ermənicə xaç sözü, udin dilindəki ilə oxşarlıq təşkil edir, daha dəqiq desək, albanca “Xaş” (-xaç) sözünə bənzəyir ki, bunun da mənası “ay”, bəzi hallarda “işıq” və ya “parıltı” deməkdir.

Qarabağa qoyulan “Artsax” adı da erməni mənşəli deyil.

Ermənilərin Dağlıq Qarabağı “Artsax” adlandırdığı məlumdur. Lakin araşdırmalarımız zamanı bu da məlum oldu ki, bu sözün də yiyəsi Qafqazın qədim sakinlərindən hesab edilən, bölgədəki 26 alban qəbiləsindən biri olan udinlərdir. “Artsax” sözünün kökü, qədim udin dilində “artsesun” – “oturmaq, əyləşmək” felindən yaranmış ”artsi” olub, mənası “oturaq həyat tərzi keçirən insan” deməkdir. “Artsax” ermənilərin “artsi” sözünə Qafqaz dillərinə xas olan “ax” sonluğu artırması ilə düzəlib. Dağıstanda, Çeçenistanda, Azərbaycanda “-ax, -ix, -ux, - ox, -ex” formantları istifadə edilən kifayət qədər toponimlər var, məsələn: Mamrux, Katex, Kumux, Botlix, Urkarax, Antsux, Çırax və s. Bu kimi sözlərin siyahısını uzatmaq olar.

Hələlik ermənilərin Azərbaycan, türk, fars, ərəb mənşəli familiyaları ilə tanış olun:

Avazyan– (fars-ərəb.) Əvəz
Аğacanyan – (türkcə) Аğa + (farsca) can– qəlb, əzizim
Ağaxanyan— (türkcə) Аğа + Хаn
Аğayan – (türkcə) Аğа
Аdilyan – (ərəb) Adil – ağıllı, ədalətli
Аzadyan – (türkcə) - azad
Аrazyan– (azərb.) Аraz–xoşbəxtlik
Аramyan – (fars) Аram – yavaş, sakit, təsəlli
Arvandyan – (fars) Ərvand-cəld, əzmkar
Аrzuyan – (fars) Arzu – ümid
Əsadyan – (ərəb) Əsəd –ən xoşbəxt
Əsgəryan – (ərəb) Əsgər – kiçik
Atabəyyan – (türkcə) Ata, böyük, müqəddəs + Bəy –böyük
Аtaxanyan – (türk) Аtа – böyük, müqəddəs + Хаn
Əfsəryan – (fars) – Əfsər– tac
Ərşadyan – (ərəb) Ərşad – böyük
Аrşakyan – (İran) Arşak– kişi, comərd
Haqverdiyan – (ərəb, türk) Allah + verdi
Azəryan – (azərb.) – Azər- atəş, od
Allahverdiyan – (ərəb, türk) Аllah + verdi
Əhədyan– (ərəb) Əhəd– yeganə
Əşrəfyan – (ərəb) Əşrəf –ali, müqəddəs
Aşuryan – (fars) Aşura – məhərrəmlik ayının 10-cu günü
Ayazyan – (fars) Ayaz – səmum, meh ,zefir
Аrslanyan – (türk) Аslan – şir
Əlixanyan – (ərəb) Əli – ali, ulu + Хат (türk)
Əlibəyyan – (ərəb) Əli –ali, ulu, güclü + Bəy (türk) –cənab
Altunyan – (türk) Аltun – qızıl
Əzizyan – (ərəb) Əziz –möhkəm, əziz
Аtayan – (türk) Аta – ata, böyük, müqəddəs
Аbdülbəyyan– (ərəb) Əbdül –Abdullah adının qısaldılmış forması+ Bəy (türk)
Qaraxanyan – (türk) Qara – güclü, böyük + Xan
Qəhrəmanyan – (fars) Qəhrəman – qəhrəman, rəhbər
Kələntəryan – (fars) Qələndər – evsiz, tərkidünya,dərviş
Koçaryan – (azərb.) Köçəri– köçəri insan
Хanzadyan – (türk) Хan – xan +Zadə (fars) – nəsil
Хosrovyan – (fars) Xosrov – xoş rəvayət
Хudaverdi – (azərb.) Хuda + Verdi – allah vergisi
Şirinyan – (fars) Şirin –şirin
Yüzbaşyan – (türk) Yüz– yüz + Baş – baş, yüzbaşı
Babayan – (fars) Baba – ata, müqəddəs ata
Baqiryan – (azərb.) Baqir , (ərəb) Bakir – şiə imamı Məhəmməd ibn Əliyə müraciət, araşdırmaçı
Baqramyan – (fars) Bəhram –qalib gələn
Başxiyan – (türk) Başhi – müəllim
Bədəlyan – (ərəb) Bədəl – əvəz, yerdəyişdirmə
Barxudaryan – (azərb)Bərxudar –xoşbəxt
Bəyləryan – (türk.)Bəylər– knyazlıq
Bərbəryan – (ərəb.) – Bərbər
Bahaduryan – (fars) Bahadur (türk),Batır –qəhrəman, bahadur
Vəziryan – (azərb) Vəzir–köməkçi , nazir
Qəribyan – (fars-ərəb) Qərib – yadelli,qərib
Qulamyan – (ərəb) Qulam – oğlan, oğul
Davlatyan– (fars) Dövlət – xoşbəxtlik,var-dövlət
Davudyan – (ərəb) Daud – sevimli, sevən
Dədəyan – (türk) Dada – baba,dədə
Dəlləkyan– (azərb.) Dəllək-bərbər
Calalyan– (ərəb) Calal – böyüklük, şan-şöhrət
Camalyan – (ərəb) Camal – gözəllik
Canbaxışyan – (fars) Can –qəlb + (türk) Baxış, Baxşi– müəllim
Canpoladyan– (fars) Can — qəlb + (azərb) Polad
Dəmirçiyan – (azərb) Dəmir + «çi» şəkilçisi — Dəmirçi
Dostyan– (fars) Dost, Dust -dostг
Mailyan – (türk) meylli
Maqsudyan – (ərəb.) Maqsud – arzulanan,istəkli
Məlikyan– (ərəb) – Malik, (fars)Melik – yatırım
Muradyan – (ərəb) -Murad
Ormanyan – (türk) – Urman, (azərb) Orman –meşə
Təvəkkülyan– (fars.)Tauakkal – Allaha inanan
Tumanyan – (türk) Tuman – çoxsaylı, hərfi mənası-on min
Ulubayan – (türk) Ulu – böyük + (fars) Baba – ata

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti