Elmlər Akademiyasında dəyişiklik
Qərara görə, AMEA Rəyasət Heyəti mərkəzi aparatının elmi-təşkilat şöbəsi, Elmi informasiya şöbəsi, xarici əlaqələr şöbəsi, katiblik, doktorantura və kadrlar şöbəsi ləğv edilib.
Yeni qərara əsasən, Rəyasət Heyətinin mərkəzi aparatında Elmi-təşkilat və Analitika İdarəsi (tərkibində Elmi təşkilat şöbəsi və Analitika şöbəsi), Beynəlxalq Əlaqələr İdarəsi (tərkibində xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsi və Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsi), Təhsil və kadrlar, Hüquqi təminat, İnnovasiya, İctimaiyyətlə əlaqələr və Ümumi şöbələr yaradılıb.
AzVision.az