Adı siyahıda olmayanlar da səs verə biləcək
Onun sözlərinə görə, bu proses bir neçə mərhələdən keçib.
“Hər il bu siyahılar yeniləşir. Sevindirici hal odur ki, ilbəil seçicilərin sayı artır. Əsas məqsədimiz seçici siyahılarının daha keyfiyyətli tərtibinə nail olmaqdır. Bu isə o deməkdir ki, hər bir vətəndaşın siyahıya daxil edilməsi ilə bağlı işlər görülür”.
MSK-nın katibi bildirib ki, seçicilərə qaynar xətt vasitəsilə yoxlanması imkanı yaradılıb.
“Bununla yanaşı seçicilər MSK-nın rəsmi internet saytında mövcud olan siyahıda aidiyyatı məntəqə üzrə öz adlarını tapa bilirlər. Ümid edirəm ki, bu ildə seçici siyahılarımız beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndiriləcək”.
N.Məmmədov qeyd edib ki, adı siyahıda olmayan seçicilərin seçki günü səsvermədə iştirakında da problem olmayacaq.
“Ölkə qanunvericiliyi bütün vətəndaşların seçkidə iştirakını təmin edəcək. Səsvermə günü də daxil olmaqla siyahılara seçicilərin daxil edilməsi imkanı qanunvericiliklə təmin edilib. Adı siyahıda olmayacaqsa, səsvermə günü onların adının siyahıya salınmasına imkan olacaq”-deyə MSK-nın katibi vurğulayıb.