Ümumilikdə 980 məhkum azad olunub

Ümumilikdə 980 məhkum azad olunub
  29 May 2013    Oxunub:1205
Bu günə kimi Amnistiya Qərarına əsasən Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 980 nəfər məhkum azadlığa buraxılıb.
Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli Amnistiya Qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, qəbul olunmuş qərarlar əsasında 29.05.2013-cü il tarixədək Amnistiya Qərarı Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 980 nəfər məhkuma tətbiq edilib.

Amnistiya Qərarının icrası Penitensiar xidmətin müvafiq Komissiyasının, Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman aparatının, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin və eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir. Tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilib.

Amnistiya Qərarının icrası davam edir.

AzVision.az




Teqlər:  





Xəbər lenti