Elçin Quliyev rusiyalı həmkarı ilə görüşüb

Elçin Quliyev rusiyalı həmkarı ilə görüşüb
  30 May 2013    Oxunub:3117
Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin rəhbəri general-polkovnik Vladimir Kulişovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin işçi görüşü keçirilib.
Bu günlərdə Rusiya Federasiyasının “Yaraq-Kazmalyar” buraxılış məntəqəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin rəhbəri general-polkovnik Vladimir Kulişovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin işçi görüşü keçirilib. AzVision.az xəbər verir ki, görüş zamanı azərbaycan-rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, Xəzər dənizində əməliyyat şəraiti barədə fikir mübadiləsi aparılıb, sərhəd əməkdaşlığının inkişafı və transsərhəd cinayətkarlığa qarşı mübarizə tədbirləri yüksək qiymətləndirilib.

Dövlət sərhədində təhlükəsizliyin təmin edilməsi məqsədilə əməkdaşlığın genişləndirilməsi, məlumat mübadiləsinin gücləndirilməsi vacibliyi vurğulanıb. Görüşün nəticələrinə görə Protokol imzalanıb, danışıqlar işgüzar şəraitdə, qarşılıqlı rəğbət və anlaşma ruhunda keçib.

AzVision.az


Teqlər:





Xəbər lenti