Narkotik qaçaqmalçıları həbs olunub
Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələri ölkə ərazisində realizə edən “İmadəddin” adlı şəxsdən narkotik vasitələrin nəzarət qaydasında alınması imkanları nəzərə alınaraq müvafiq əməliyyat qrupu yaradılıb və Biləsuvar Gömrük İdarəsinin əməkdaşı “Bəxtiyar” şərti adı ilə alıcı qismində çıxış edərək müvafiq əməliyyat tədbiri həyata keçirilib.
Beləliklə, “İmadəddin” adlı şəxslə “Bəxtiyar” şərti adı ilə çıxış edən gömrük əməkdaşının görüşəcəkləri Salyan şəhəri, Salyan avtovağzalının ətrafı nəzarətə götürülüb. “İmadəddin” adlı şəxs Salyan rayonu Kürqaraqaşlı kəndinin girəcəyində əyləşdiyi nəqliyyat vasitəsində, əvvəlcədən sövdələşdiyi kimi, içərisində narkotik maddələr olması ehtimal edilən 1 ədəd selofan torbanı “Bəxtiyar” şərti adı ilə çıxış edən gömrük əməkdaşına satarkən əməliyyat qrupunun üzvləri ona yaxınlayıb və “İmadəddin” müvafiq araşdırma aparılması üçün Biləsuvar Gömrük İdarəsinə dəvət edilib.
Biləsuvar Gömrük İdarəsində özünü İmadəddin Babayev kimi təqdim edən şəxsin satmaq istədiyi, içərisində narkotik maddələr olması ehtimal edilən 1 ədəd selofan torbaya baxış keçirilib. Bu zaman selofan torbanın içərisindəki bir ədəd bağlamadan - ümumi xalis çəkisi 4045,0 qram olan 4 ədəd bükümdə həşiş qətranı, ümumi xalis çəkisi 4,90 qram olan 2 ədəd bükümdə isə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
AzVision.az