Mikayıl Cabbarov mediadan xahiş etdi

Mikayıl Cabbarov mediadan xahiş etdi
  31 May 2013    Oxunub:1102
“Nazirlikdə aparılan struktur dəyişiklərinin media nümayəndələri tərəfindən lazım olan səviyyədən artıq qabardılması məqsədə müvafiq deyil”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

O, bildirib ki, media nümayəndələrindən də xahiş etmək istəyirəm ki, bu məsələlərin lazımi səviyyədən artıq qabardılması, o qədər də məqsədə müvafiq deyil.

“Biz bilirik ki, ictimaiyyətin və medianın təhsil sahəsində olan vəziyyətə və təhsil sahəsinə böyük gözləntiləri var, müəyyən işlər həyata keçirilir.

Bu işlər təbii olaraq struktur dəyişikləri tələb edən bir işdir.

O ki, qaldı yeni struktur dəyişikləri çərçivəsində yeni təyinatlar baş verir. Sadəcə olaraq mən təkrar edirəm ki, bu məsələlərin ictimailəşdirilməsinin və yaxud siyasiləşdirilməsinin səmimi olaraq tərəfdarı deyiləm.

Çünki, bizim hamımızın məqsədimiz eynidir. Məqsəd ondan ibarətdir ki, azərbaycan təhsilinin keyfiyyəti yüksəlsin. Bunun üçün lazım olan siyasi iradə mövcuddur. Bizim əlimizdən gələn hər bir addımı həyata keçirəcəyik”.

“Azərbaycan Respublikasının təhsil sistemində, o cümlədən ölkənin bütün ərazisində mövcud qanunvericiliyə riayyət olunması istər müəllimlərin işə qəbul olunması sahəsində, istər istənilən digər təhsil sahələri ilə bağlı mövcud qanunvericiliyin tətbiqini biz tələb edəcəyik. Və biz buna nail olacağıq”.

Mikayıl Cabbarov onu da əlave edib ki, müəllimlərin işə qəbulu barədə hər hansı yeniliklər olsa mətbuata məlumat veriləcək.

Anar


Teqlər:  





Xəbər lenti