Cərimələr 10 qat artdı

Cərimələr 10 qat artdı
  31 May 2013    Oxunub:1082
Milli Məclisin yaz sessiyasının son plenar iclasında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə cərimələr 500 manatadək artırılıb.
AzVision.az xəbər verir ki, digər dəyişikliyə görə, yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə görə isə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər 200 manat miqdarında cərimə nəzərdə tutur.

Əvvəl bu cərimənin məbləği 5-20 manat idi. Bu cərimələr ev heyvanlarının xairici görkəmini dəyişdirmək və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların, yəni qulaqlarının kəsilməsi, səsin azaldılması (devokalizasiya), dırnaq və dişlərinin çıxarılmasına görə tətbiq olunacaq.

Məcəlləyə dəyişiklik qüvvəyə mindikdən sonra ev heyvanlarını saxlayan şəxslər həmin heyvanlara müvafiq qayğıların göstərilməməsinə görə də 200 manat cərimələnəcəklər.
Məcəlləyə dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Qeyd edək ki, əvvəl bu cərimələr 20-45 manat miqdarında idi.


Teqlər:  





Xəbər lenti