Bu əməliyyata görə həkimlərin cəzası sərtləşdirildi

Bu əməliyyata görə həkimlərin cəzası sərtləşdirildi
  31 May 2013    Oxunub:1209
Azərbaycanda qanunsuz qeysəriyyə kəsiyi əməliyyatı aparanlar ciddi cəzalandırılacaqlar.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

O, bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunub.

Əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunacaqlar.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, bununla bağlı tərbirlər görülməlidir.

"Son vaxtlar hamilə qadınların USM müayinəsindən keçməsi məsələsi çox geniş yayılıb və bunun nəticəsində qeysəriyyə əməliyyatlarının sayı artıb. Bunu çox neqativ hal hesab edirəm, Allahın işinə müdaxilə kimi qiymətləndirirəm. Biz gələcəkdə bunun qarşısının alınmasını və Azərbaycanda qadağan olunmasını düşünməliyik".

Qeyd edək ki, məcəlləyə əlavə qəbul olunub.


Teqlər:  





Xəbər lenti