“Suriyadan çıxarılan azərbaycanlıları Bakıya göndərmişik”

“Suriyadan çıxarılan azərbaycanlıları Bakıya göndərmişik”
  31 May 2013    Oxunub:1530
“Srağagün Azərbaycan vətəndaşı Moskvaya gəlib. Biz onu qarşıladıq və səfirlikdə qonaq evimizdə yerləşdirdik. Onun Azərbaycana gəlməsi üçün vəsaiti olmadığını biləndə dövlət hesabına Bakıya göndərdik. Daha bir nəfər də var idi ki, onun Suriyada qohumları vardı, onları da Bakıya göndərdik”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülüboğlu jurnalistlərə açıqlama verərkən bildirib.

O, həmçinin bildirib ki, bundan başqa bizə MÇS təyyarələrindən daha iki nəfər azərbaycanlının Suriyadan Rusiyaya gəlməsi ilə bağlı məlumat daxil oldu.

“Konsulumuz hava limanına gedib onları qarşıladı. Pasprotlarının vaxtı bitdiyi üçün biz Miqrasiya Xidmətindən icazə alıb onları da Bakıya göndərmişik. Ümumiyyətlə bizim borcumuzdur ki, bizə kömək üçün müraciət edən Azərbaycan vətəndaşlarına əlimizdən gələn köməyi edək”.

Sevinc iltifatqızı


Teqlər:  





Xəbər lenti