Şeyx Monteneqronın Baş Müftisi ilə görüşüb
QMİ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonaqları səmimi salamlayan Şeyxülislam həzrətləri Azərbaycanda din-dövlət münasibətlərinin vəziyyəti, bu sahədə son illər görülən işlər barədə məlumat verib.
Bakıda 2010-cu ilin aprelində keçirilən Dini Liderlərin Ümumdünya Sammitində iştirak etdiyini xatırladan Monteneqronun Baş Müftisi Rüfət Feyziç Azərbaycandakı tolerantlıq mühitinin digər ölkələr üçün nümunə olduğunu bildirib.
Allahşükür Paşazadənin bütün dünyada nüfuzlu din xadimi kimi tanındığını deyən Baş Müfti Şeyxülislam həzrətləri ilə yenidən görüşmək imkanı qazandığından məmnunluğunu ifadə edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Sonda qonaqlara xatirə hədiyyəsi təqdim edilib.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Müfti Hacı Salman Musayev iştirak edib.
Teqlər: