Səfir: “Bakı-Novorossiyski neft kəməri boş qalmayacaq”

Səfir: “Bakı-Novorossiyski neft kəməri boş qalmayacaq”
  31 May 2013    Oxunub:1443
“Bakı-Novorossiysk kəməri ilə bağlı ortaq çıxış yolu tapılacaq”
Bizim Rusiya ilə işgüzar əlaqələrimiz var. Rusiya bizim strateji partnyorumuzdur. Təbii ki, yaxın qonşular arasında həmişə problem olub” . AzVision.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı fövqaladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycan-Rusiya münasibətlərini şərh edərkən deyib.

“İki yaxın qonşu arasında problem ola bilər. Məsələn, elə olur ki, əvvəlcə milli marağımız üst-üstə düşmür. Rusiya ilə hər zaman hər bir problemi müzakirə edirik. Öz pozisiyamızı görə bilirik. Səfirliyimizin Rusiya Xarici İşlər Nazirliyi ilə çox gözəl əlaqələri var. Mütəmadi olaraq , onlarla əlaqə saxlayırıq, hər bir məsələni həll edirik”.

Bakı-Novorossiyski tranzitinin dayandırılması ilə bağlı səfir bildirib ki, uzun illərdir bu barədə söhbət gedir: “Rusiya deyir ki, neftin miqdarını çox az verirsiniz. .Azərbaycan isə deyir ki, siz neftin tərkibinə başqa nəsə qatırsınız.Ona görə də qiymətlər aşağı düşür. Bu, da bizə sərf etmir. Axır belə nəticəyə gəlindi ki, bu boru xətti ilə olan tranzit dayandırılsın.”

Səfir qeyd edib ki, bu məsələ ilə bağlı ortaq çıxış yolu tapılacaq. Bir araya gəlinib müzakirə aparılacaq və boru xəttləri boş qalmayacaq

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti