DİN: “Aksiyanın qarşısı alınacaq” - AÇIQLAMA

DİN: “Aksiyanın qarşısı alınacaq” - AÇIQLAMA
  31 May 2013    Oxunub:1217
Türkiyədəki etiraza dəstək olaraq "Dalğa" Gənclər Hərəkatının aksiyasının qarşısı alınacaq.
AzVision.az-a açıqlamasında bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib. Onun sözlərinə görə, hər hansı bir aksiya razılaşdırmayıbsa, ona müdaxilə olmalıdır:

“Belə bir qayda var ki, təşkilatçılar aksiya keçirməzdən öncə Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalıdırlar. Əks təqdirdə həmin aksiyaya polisin reaksiyası olacaq. Aksiyanın qarşısı alınacaq”.

Qeyd edək ki, bu gün axşam saat 20:30-da Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında "Dalğa" Gənclər Hərəkatının gəncləri aksiya keçirəcək. Aksiyada Türkiyədə polisin qəddarlığına etiraza dəstək nümayiş olunacaq.
Xatırladaq ki, Türkiyədə insanlar Gezi Parkında yaşıllıqların kəsilməsi və yerində Ticarət mərkəzininin tikilməsinə etiraz ediblər və İstanbulun Taksim meydanında aksiya keçiriblər. Aksiyaya polis sərt müdaxilə edib. Nəticədə ölən və yaralıların olduğu bildirilir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti