Müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib
AzVision.az xəbər verir ki, Bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin inzibati binasında Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin qəbulunu keçirib. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 99 vətəndaşın müraciətlərinin bir hissəsi yerindəcə öz həllini tapıb. Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.