Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclası olub

 Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclası olub
  01 İyun 2013    Oxunub:2991
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının region üzrə Avtomobil Daşıyıcıları Assosiasiyası İttifaqı (BSEC-URTA) Baş Assambleyasının 23-cü iclası keçirilib.

AzVision.az xəbər verir ki, beynəlxalq avtomobil daşımaları sisteminin mövcud vəziyyətinin müzakirə olunduğu iclasda Nəqliyyat Nazirliyinin nümayəndəsi də çıxış edib.

İclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Svirkun, Beynəlxalq Yol Nəqliyyat Birliyinin prezidenti Yanuş Larçni və baş katibi Martin Marmi də iştirak ediblər.

Bundan başqa, müzakirələrə BSEC-URTA-ya üzv olan Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və digər ölkələrin analoji assosiasiyalarının nümayəndələri də qatılıblar.

İclasın gündəliyinə uyğun olaraq Nəqliyyat Nazirliyinin nümayəndəsi Azərbaycanda beynəlxalq avtomobil daşımaları sistemi mövzusu üzrə çıxış edib.



Teqlər:  





Xəbər lenti