Qənirə Paşayeva kitabını təqdim etdi
Təqdimatda alimlər, millət vəkilləri, uyğun profilli nazirlik nümayəndələri və KİV-in təmsilçiləri iştirak edib. Missiyası, mandatı adından bəlli olan kitab, Azərbaycanda öz formatına, məzmun-mündəricəsinə görə azsaylı nəşrlərdən sayıla bilər. ABAİ İB-nin və “NAR Mobile”nin dəstəyi ilə “Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən “Dünyanı dəyişən alimlər” kitabı, yuxarıda qeyd olunan əlamətdar səbəblərə uşaqlara, yeniyetmə və gənclərə, ümumən elmlə, təhsillə maraqlanan bütün Azərbaycan oxucularına bir töhfə olub, respublikanın aparıcı kitabxanalarına, böyük elm-təhsil və mədəniyyət müəssisələrinə , habelə Gənclər Evlərinə, böyük məktəblərin kitabxanalarına Qənirə Paşayeva tərəfindən hədiyyə olunacaq.
Millət vəkili Qənirə Paşayeva və onun rəhbərlik etiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyk (ABAİ İB) hesab edir ki, Azərbaycan gəncliyinin kitaba dönüşünə də töhfə sayıla biləcək bu aksiya, yeni nəsillərin elmə, təhsilə motivasiya olunmasında təsirsiz ötüşməyəcək və sözügedən kitab ümumən geniş oxucu kütləsi üçün maraqlı və gərəkli olacaq.
Kitab ümumilli lider Heydər Əliyevin gəncləri elmə ssləyən müraciəti ilə başlayır.
ABAİ İB sədri, millət vəkili dr. Q.Paşayevanın tərtibçi-müəllifi olduğu “Dünyanı dəyişən alimlər”in məsləhətçiləri AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, prof.dr. Hamlet İsaxanlı və prof.dr. Qəzənfər Paşayev, redaktorları Əkbər Qoşalı və Sərvaz Hüseynoğludur.
Anar