"Taksimin deyil, Ərdoğanın taleyi həll olunur"

"Taksimin deyil, Ərdoğanın taleyi həll olunur"
  02 İyun 2013    Oxunub:1370
Millət vəkili Zahid Oruc "Taksim-milyonların sevgi ünvanı" adlı yazısında Türkiyədə baş verən etiraz aksiyasından danışıb.
AzVision.az-ın verdiyi xəbərə görə, o yazır:

Türk xalqı simvollarla düşünməyi sevir. Onlara görə, tarix vətənin müxtəlif məkanlarında aparılan qanlı savaşlarla əbədiləşib qurtarıb və kiminsə buna korrektələr etmək cəhdi yanlışdır. Lakin Taksim meydanı belə müqəddəs vuruşların ünvanı olmadığından bir çoxları düşünə bllərdi ki, millətin ona münasibəti duyğusal acıdan olmayacaq və hökumət qərarı qarşısında müqavimət yaşamayacaq. Lakin sayın Erdoğanın siyasi məsləhətçiləri bu dəfə yanıldılar. Onlar indi nəinki demokratiyanın, həm də siyasi sistemin dayanıqlığının imtahanını verirlər.Türkiyənin az qala gündəlik həyatına çevrilmiş güclü su şırnaqları ve bibər qazının acısı bu dəfə əvvəlkilərə bənzəmədi və protestə qoşulmayan yüz minlərlə insanı da acıladı.

Ərdoğan siyasəti böyük ictimai zərbə aldı. Söhbət heç də xalqla münasibətləri dəyənək ve polis vasitesile aydınlaşdırmaqdan getmir. Zatən demokratiyanın bu unikal alətlətini Qərbdə kəşf ediblər ve onun şiddəti altında yaralanan, zərbələrə tuş gələn on minlərlə insanın qanı üzərində hər zaman hakimiyyətlərin siyasətini irəlilətmək mümkün olur. Ancaq Ərdoğanın texnoloqlarının günahı başqadır. Dünyanın media manşetlərinə daşınırkən Taksimdən Təhrir, Ərdoğandan Əsəd çıxaranlar Türkiyənin hazırki məqamına ve mövqeyinə zərbə vurdular. "Milətlə silah diliylə danışmaq olmaz" deyə hər kəsə barmaq silkələyən bir tövr indi zədələndi. Bu AKP iqtidarına gərək deyildi. Belə zamanda siyasi kanalların gücü əsas hədəflərdən yayındı ve sanki türk düşmənləri bu layihəni həssaslıqla düşünərək hökumətə sırıyıblar ve sevinc içərisində toqquşan tərəfləri izləyirlər.

Taksimdə demokratiya can vermir. Bu, şişirtmədir. Ərəb baharının türk versiyası söhbətləri efirdə öz maraqlarını sürdürmək istəyənlərin provakasiyasıdır. Çünki gündəmi dəyişməyə belə fürsət ola bilməzdi. Rəqiblərin əlinə işləyən bu səhv addım Ərdoğanın sərtliyi və inadkarlığı altında davam etsə və məntiqi sonluğuna çatsa da itkiləri böyük olacaq. Belə məsələlər hikkə ilə həll olunmaz. Bu gün Türkiyənin hər yerindən hətta ən qatı tərəfdarların da etirazı bir siqnal olmalıdır. Xalqa qalib gəlib taxt-tacda oturmaq mümkün deyil. Ərdoğan kimi xarizmatik lider təkcə seçkilərdə qalibiyyət uğrunda savaşmır axı. O, tarixdə qalanlardan biri və şəxsiyyəti ilə köklü inlişafına nail olduğu məmləkətin güclü bir rəhbəri idi. İndi Taksimdə və ora həmrəylik göstərənlərin qafasında bir çat yarandığını açıq söyləyə bilərik. Bir neçə seçkini qazanan qüvvənin alternativsizliyi fonunda eyforiyaya qapılması heqiqətən çox acınacaqlı imiş. Ərdoğan bir an reallıq hisssini kənara qoyunca imperiya sələflərinin səhvini təkrarladı. İndi bəlli olur ki, O, "Möhtəşəm yüz il"i niyə sevmirmiş.

Əslində bu, təkcə türk xalqının və bir Baş nazirin həyatında yaşanan hadisə deyil. Napoleon 2-ci qayıdışına xalqdan geniş dəstək almayınca və qlobal savaşlardan bezənfransızları görünə" heyif ki, millətim mənim arzularıma layiq olmadı" deyə kədərini və məğlubiyyət səbəbini ifadə etmişdi. İngilislər də ikinci cahan savaşından onları toxunulmaz çıxaran Çörçili sonrakı illər bağışlamamışdılar. Elə Şarl de Qoll da eyni aqibəti yaşamışdı. Ərdoğan bunları bilməliydi. Ona görə, Taksimdə bir "gəzinti meydanı"nın taleyi deyil, özünün gələcəyi həll olunur.

Ərəb inqilablarının bütün dövrlərində Türkiyə onlara bir nümunə kimi göstərilirdi. Meydanlara axışan milyonlarla etirazçı diktatorları devirərkən türklər kimi azad cəmiyyətdə yaşamaq istədiklərini bildirirdilər. Üsyanların ilhamvericisi və yeni demokratik hərekatların cığıraçanı olduğu halda bu gün qanına bulanan türk vətəndaşı təkcə özünü deyil, Suriyadakı din qardaşını da "döydürmüş" oldu. Qəddar rejimlər belə mənzərəni öz təbəələri əleyhinə daha eybəcər şəkildə təkrarlayacaqlar. Bir azdan Əsəd deyəcək ki, Türkiyədə ayağa qalxan insanlara güllə də atılsa, onda iki ölkənin arasında nə fərq olacaq? Həqiqətən də bu oxşarlıqlar sadəcə miqyasca fərqlidir,mahiyyyətsə eynidir. Ərdoğan qlobal ounçudur ve onu öz xalqının əli ilə vururlar!

Əslində AKP-çilərin dövründə çox daşlar yerindən tərpədilmişdi. Mühafizakar bir cəmiyyətdə bunları etmək gerçəkdən qəhramanlığa bərabər idi. Ərdoğan "sionist tərafdarı" adını qazananda üzünü Qərbə çevirmişdi və Avropa Birliyinin düz kandarına gəlib çatmışdı. Sonra ona zərbə vuranda ərəb dünyası ilə işləməyə başladı. Onda da "yeni osmançı"lıqıdan və "dərin dövlət"in fəsadlarından danışmağa başladılar. Onu dini təəssübdə qınayarken əsil obrazını təhrif edib az qala məzhəb başçısına uyğun siyasət yürütməkdə ittiham edirdilər. O, bütün bunlara dözdü. Ərdoğan daxildə də həmin geriilik və toxunulmazlıq sistemlərinin üzərinə gedəndə belə vəziyyətlə üzləşdi. Hər cür gizli çeteni və çevriliş planlarını əngəllədi, Ordu ilə yeni münasibetleri ortaya qoydu, tarixi darbələrin üzərindəki tabunu götürdü və heç zaman qorxmadı. Hətta keçmiş Prezidentin nəşini qazmaq qərarında belə siyasi iradə göstərdi və tərəddüdə yol vermədi. Məhz ona görə də, ən çətiin bir qonşular şəraitində Türkiyə qalxmağa başladı. Öz diplomatiyasına real hədəflər verməklə və ona daxildə baza hazırlamaqla Erdoğan Türkiyəni iqtisadi böhranlardan yan keçirərək sürətlə inkişaf edən bir məmləkətə döndərdi. Lakin onların heç birində milli hisslər bu qədə qabarmamışdı. Bu gün Türkiyədə Təhrir meydanını yaratmağa hazırlıqlar gedir. Halbuki her kəs bilir ki, Ərdoğan diktator deyil və hələ ki, belə azadlıqda yaşayan ərəb yoxdur dünyada!

Taksim miyonların sevgisinin ünvanıdır! Ola bilsin ki,orada şəhid qanı Samsundan ve yaxud Kahramanmaraşdan bir az az tökülüb, lakin insanlar üçün nə fərqi var ki, göz yaşlarını nəyin uğrunda axıdıblar! Ən azı iki nəslin həyat hekayəti o meydanla və İstiqlal caddəsi ilə bağlıdır. Adamlar gəncliklərini, ən qaynar ömür səhifələrini və qəlb duyğularını elə də asanlıqla söküb atmağa razı ola bilməzlər. Milyonlarla insan ora qayıdırkən keçmişlərinə dönürdülər. Hamıya doğma olan bu məkan dünənlə sabahın qovuşduğu yerdir! Orda illərin və tarixin danışan sətirləri yatır.Hər nişanə bir romandır. Millətin daş əərlərini qazmaq olmaz. İnsanlar dünənləri ilə elə də asan vidalaşmırlar. Onsuz da həyatın və dünyanın keçərliyi, zamanın axarlı olması və hamını özündə əritməsindən bir kədər duyan insan məxluqu köksünə sığındığı yerlərin hesabına teskinlik tapır. Erdoğan onların nezerinde bu tarixden adamları mehrum eden ve dünenlerinden qoparan Zaman çarxının yerindedir. Saat tekce geleceye getmek üçün deyil, hem de keçənlerin ölçüsüdür! Taksim meydanı türkün ve insanığın sevgisinin şahidi,ruhların sığınacaq yeridir! Orda salınacaq ən gözəl park belə adamların ruhunu basdırmaq demek olacaqdır. Hetta cənnətə çevrilsə belə, yeni Taksimde yaşananlar tamam başqa tarix olacaqdır!

Meydanları asfaltlar və Fəvvarələr gözəlləşdirmir. Oranı ziyarət edən könüllərin hesabına hər bir qara torpaq guşələri meydanlaşır, qutsallaşır ve Canlı bir əfsanəyə çevrilir. Mən Taksimdəki kəsilən ağacın yerində qurulan Cənnətin əleyhinəyəm! Çünki əkilən yüz minlerle fidanın kölgəsində milyonların sığındığı O Bir Ağacı kəsmək olmaz. Burda artıq riyaziyyat işləmir. O ağac bir kimsəsizin evidir, bir cüt gəncin əhdinin ünvanıdır, bir qocanın kürəyini söykədiyi divardır! Taksim simvoldur və tanıtım nişanıdır!

Taksim həm də bizimdir! Milli sərhədlər belə ünvanlara aid deyil! Hava, Su və Günəş kimi bülünməz ilahi varlıqdır! Onun müqəddəsliyi də bundadır!

AzVision.az


Teqlər:  





Xəbər lenti