Təhsil Nazirliyində yeni kadr təyinatları

Təhsil Nazirliyində yeni kadr təyinatları
  03 İyun 2013    Oxunub:1393
Mikayıl Cabbarov nazirlikdə iki kadr dəyişikliyi etdi
Təhsil Nazirliyinin mətbuat ximdətindən AzVision.az- a verilən məlumata görə, Təhsil nazirinin müvafiq əmrinə əsasən 30 may tarixindən etibarən Ceyhun Bayramov Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub. 2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.

Təhsil nazirinin digər əmrinə əsasən İlham Pirməmmədov təhsil nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Təhsil nazirinin 30 may tarixli əmri ilə Fariz Rzayev Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir vəzifəsinə təyin edilib. Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutundan beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından eyni ixtisas üzrə magistr dərəcəsinə malikdir. 2000-2013- cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti