“Yanğın səbəblərindən biri də siqaretdir”

“Yanğın səbəblərindən biri də siqaretdir”
  03 İyun 2013    Oxunub:1342
“Yay fəsli ilə əlaqədar olaraq meşələrdə yanğınların baş verməməsi üçün tədbirlər görülür”.
AzVision.az xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yay fəsli ilə əlaqədar olaraq meşələrdə yanğınların baş verməməsi üçün tədbirlər görülur.

“Tədbirlər görülməsəydi bizdə də başqa ölkələrdə olduğu kimi günlərlə davam edən yanğınlar müşahidə olunardı. Amma hər halda hər insan bilir ki, yay ayları isti keçir. Ərazidə onların istirahəti odla müşahidə olunursa, bu təhlükə yarada bilər. Bilirəm ki, insanlar bu zaman nə etməlidir onu gözəl bilir, sadəcə qaydalara riayət etmək lazımdır. Xüsusən sürücülər və yoldan keçən insanlara aid olaraq deyim ki, avtomobilin pəncərəsindən siqaret kötükləri atırlar. Yanğınların çoxu da yollara yaxın yerlərdə olur. Diqqətli olmaq lazımdır”

Nazir bildirib ki, artıq Qırmızı kitabın birinci hazırdır: “Kitabın artıq birinci cildi hazırdır, ikinci cild isə 2-3 günə hazır olacaq”

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti