2-ci peykin hazırlıq işlərinə start verilib

2-ci peykin hazırlıq işlərinə start verilib
  03 İyun 2013    Oxunub:1296
“Azərbaycanda bank sənayesi 2, 5 trilyon dollar təşkil edir. Hər il 3,5 milyard dollar informasiya texnologiyaları sahəsinə sərmayə qoyulur."
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Asəf Hacıyev 1-ci Beynəlxalq Bakı Gələcək Forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu sahənin inkişaf etdirilməsi vacibdir:

“Prezident İlham Əliyev ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsini neftdən sonra ikinci gəlir mənbəyi elan edib. 2015-ci ildə 2-ci telekomnikasiya peykinin orbitə çıxarılması istiqamətində hazırlıq işlərinə start verilib. Prezident neft və qazdan gələn gəlirləri insan resurslarına çevimək istəyir. Dünya səviyyəsində 1.2 trilyon dollar civarında insan resurslarına sərmayə qoyulur. Bu dünyada ən mühüm məsələdir”.

Deputat, elmin ən qabaqcıl sahəsinin insan genefondunun inkişafı olduğunu vurğulayıb:

“Dünyanın ümumdaxili gəliri ən çox informasiya texnologiyaları sahəsindən gəlir. Burada təhsil ən mühüm amildir. Sırf təhsilin xidmətləri sahəsində bu sektor inkişaf edir. Azərbaycan hər il müəyyən sayda tələbənin bütün xərcləri ödəyərək xaricə təhsil almağa göndərib. Bu strategiya hər il uğurla davam etdirilir”-deyə millət vəkili bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti