Prezident Dumanın komitə sədrini qəbul edib

Prezident Dumanın komitə sədrini qəbul edib
  03 İyun 2013    Oxunub:1306
İlham Əliyev Rusiya Federasiyası Dumasının beynəlxalq əlaqələr komitəsinin sədrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev iyunun 3-də Rusiya Federasiyası Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkovu qəbul edib.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əlaqələrin münasibətlərin daha da möhkəmləndirilməsi işinə verdiyi töhfənin əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən AŞPA-da fəal əməkdaşlıq etdiyi qeyd olunaraq bu qurumda qarşılıqlı dəstəyin verilməsi yüksək qiymətləndirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti