“Milli Şura qısa müddətə dağılacaq”

“Milli Şura qısa müddətə dağılacaq”
  03 İyun 2013    Oxunub:1287
Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılının Milli Şuradan imtina etməsi ilə bağlı verdiyi acıqlamasına münasibət biıldirən BAXCP sədrinin siyasi məsələr üzrə müavini Nİyaməddin Orduxanlı bunun doğru qərar olduğunu deyib:
- İlk dəfə BAXCP sədri Qüdrət Həsnquliyev demişdi ki, Rüstəm İbrahimbəyov öz vicdanının səsilə danışmır və Rusiyanın təsirində olan dostlarının tapşırıqlarını icra edir. Artıq radikal müxalifətin rəhbər şəxslərindən olan Arıf Hacılı da bu həqiqəti gizlədə bilməyib. Və Milli Şuranı Rusiyanın yaratmasını ortaya qoyub. Arif bəyin bu bəyanatını müsbət addım kimi xarakterizə edirəm. Düşünürəm ki, Milli Şura qısa müddətə dağılacaq. 20 illin siyasətçilərini Rüstəb İbrahimbəyov öz arxasınca aparır. Hamı da bilir ki, Rusiya Azərbaycan hakimiyyətinə qarşı nəzərdə tutduğu təzyiq üçün İbrahiməyovdan istifadə edir. Çoxları da Rusiyaya görə gedib Milli Şurara qoşulub. Rüstəm İbrahimbəyov oturub Moskvada və şuranı idarə edir. İbrahim İbrahimli mətbauta acıqlamasında deyir ki, biz hakmiyyət gəlmək üçün Rusiya meyilli qüvvələrlə də əməkdaşlıq edirik. Bura sözün bitdiyi yerdir. Arif bəyin bəyanatından sonra düşünürəm ki, başqaları da bundan dərs götürəcək.


Teqlər:  





Xəbər lenti