Müəllimlərin davasına polisdən təsdiq, rektordan təkzib

Müəllimlərin davasına polisdən təsdiq, rektordan təkzib
  03 İyun 2013    Oxunub:1542
AzVision.az-ın “Müəllimlər İnstitutunda imtahan qanla başladı” xəbəri ilə bağlı araşdırması davam edir.
Məsələ ilə bağlı Mingəçevir Şəhər Polis bölməsi ilə əlaqə saxladıq. Şöbə rəisi Ələsgər Bədəlov AzVision.az-a açıqlamasında faktın doğru olduğunu təsdiq etdi: “Dünən bu məsələ ilə bağlı bizə ərizə daxil olub. Hazırda araşdırma davam etdirilir. Bundan artıq heçnə deyə bilmərəm”.

Məsələylə bağlı az öncə Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı ilə əlaqə saxladıq. Rektor açıqlamasında bildirdi ki, xəbər yalandır: “Mən hazırda Salyanda tədbirdəyəm. Amma bu yalan xəbərdir. Bizdə bu adda müəllimlər yoxdur”

Qeyd edək ki, Müəllimlər İnstitutunun Mingəçevir filalında imtahan sessiyası qanla başlayıb.Təhsil müəssisinin tədris hissə müdiri Vahid Quliyev elə həmin universitetin müəllimi Müsəllim Hümbətovu yanında çağırıb. Bildirib ki, artıq imtahan sessiyası başlayır və tələbələrdən pul yığmalısan. Tədris hissə müdirinin bu istəyindən boyun qaçıran müəllim bildirib ki, tələbələrdən rüşvət almır. Bundan sonra isə Müsəllim Hümbətov və Vahid Quliyev arasında dava başlayıb. V.Quliyev M.Hümbətovun davası ilə qanla yekunlaşıb. Belə ki, Vahid Quliyev əlindəki alətlə müəllimin başına vurub.

Bundan sonra isə Müsəllim Hümbətov bu məsələ ilə bağlı Mingəçevir polisinə və Təhsil Nazirliyinə ərizə ilə müraciət edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti