Azərbaycanda yeni nəsil qazma qurğusu tikiləcək
Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən yeni layihələrlə əlaqədar olaraq yeni qazma qurğularına tələbat yaranıb.
Ən müasir sayılan 6-cı nəsil yeni üzən qazma qurğusunun tikintisi 1 milyard dollardan bir qədər artıq məbləğə başa gələcək. Qurğu suyun 1000 metr dərinliyində işləmək və 12 min metr dərinlikdə quyu qazmaq imkanına malikdir.
Yeni qazma qurğusu Azərbaycanda tikiləcək.
R.Abdullayevin sözlərinə görə, Azərbaycanda olan infrastruktur Sinqapur şirkətinə qurğunun Azərbaycanda tikməsi üçün şərait yaradıb:
«Qurğunun tikintisi 41 ay davam edəcək və 2016-cı ilin sonunda – 3-cü rübündə qurğu suya buraxılacaq».
Eyni zamanda ikinci belə qurğunun tikintisinə başlamaq üçün danışıqlara da start verilib. İkinci qurğu ARDNŞ və «Total» şirkətləri tərəfindən «Abşeron» yataqlarında istismar edilmək üçün nəzərdə tutulacaq.
ARDNŞ rəhbəri bildirib ki, Azərbaycana bunlardan əlavə daha 2 analoji qazma qurğusu – yəni ümumilikdə 4 qazma qurğusu tələb olunur.
Onun sözlərinə görə, müasir qazma qurğusu olmadığına görə, ARDNŞ özünün qaz yataqlarında, o cümlədən «Babək»də işləri lazımi şəkildə apara bilmir:
«Yeni qurğular vasitəsilə həm özümüzün, həm də partnyorlarımızın qazma işlərini həyata keçirəcəyik».
Anar