Şərif Ağayar: “Mən hara, AYB hara?”

Şərif Ağayar: “Mən hara, AYB hara?”
  04 İyun 2013    Oxunub:2203
“Fikrət Qocanı bəhanə edirlər”
“Yazıçılar Birliyinin və onun rəhbərliyinin mənə münasibətinin kökündə daha ciddi səbəblər var. Sadəcə olaraq, onun qılıncının altından keçmədiyimə və sözümü dediyimə görə onun mənə qarşı hər zaman düşmən münasibəti olub. Bu da onun bir nəticəsidir. Fikrət Qocanı bəhanə edirlər”

Bu barədə AzVision.az-a açıqlamasında yazar Şərif Ağayar Azərbaycan Yazıçılar Birliyindən (AYB )çıxarılmasına münasibət bildirərkən deyib.

Ş.Ağayar bildirib ki, AYB yazara qarşı düşmən münasibətdədir : “Mən Fikrət Qoca haqqında dediyim heç bir sözdə geri durmuram və yalan da deməmişəm. Orada da heç bir təhqir yoxdur. Səmimi deyim ki oradan çıxarılmağıma görə çox sevinirəm. Çünki vaxtilə ilə AYB ilə bizim çox intiriqalar olub, vaxtilə orada istefa da vermişəm. Sonra məni bərpa etdilər, indi də özləri çıxardırlar. Mən AYB-çi olmamışam, əslində həqiqət öz yerini tapdı. Onların yanında heç vaxt olmamışam. Belə də olmalı idi. Onlar mənə qarşı düşməndirlər və düşmənçiliyini də göstərirlər. Heç oradan çıxarılmağım mənə maraqlı deyil. Hətta bir dəfə orada mənə qarşı şər kampaniya başlamışdır. Mən də mətbuata açıqlama verdim ki, oradan çıxmaq istəyirəm.”

Ş. Ağayar bildirib ki, hazırda yaradıcılığı ilə məşğuldur : “Hazırda öz işlərimlə məşğulam. Mən hara AYB hara, Anarın qurduğu sistem hara?. Yaxşı ki məni əziyyətə salmayıblar. Ümidvaram ki, gələcəkdə tərcümey halımdakı bu cümləyə görə mənə əhsən deyəcəklər. O şərin yanında olmadığım üçün əhsən deyəcəklər.

Yazar həmçinin onu da əlavə edib ki, Yazıçılar Birliyinin olmasına ehtiyac yoxdur : “Indiki Yazıçılar Birliyinə ehtiyac yoxdur. Ədəbiyyata mane olan irtıca yuvası heçkimə lazım deyil. Dövlətin ədəbiyyata ayırdığı pulu lazımsız şeylərə xərcləyirlər”

Qeyd edək ki,AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun verdiyi məlumata görə, Şərif Ağayar AYB-nin üzvlüyündən xaric edilib. Buna səbəb onun AYB-nin birinci katibi Fikrət Qoca ilə bağlı verdiyi açıqlama olub.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti